"Facebook” sosial   reklamlarnı  idarə etmək üçün  “Ads Manager” özəlliyi mobil telefonlara gəldi. Bütün kampaniyalarınızı və reklamlarınızı düzəldib və idarə etdiyiniz "Ads Manager" nəhayət mobil telefonlara gəldi.


 


Artıq  sosial şəbəkədə marketinq  fəaliyyətilə məşğul olanlar, səhifə idarəedənlər öz reklamlarını  mobil cihazlar vasitəsi  ilə idarə edə bilər. Mobil daşınan "Ads Manager"  yeni  özəlliklərlə gəlmir.


 


Özəlliyi hal-hazırda yalnız  "Facebook” sosial şəbəkəsinin İOS, Android  və mobil şəbəkələrində istifadə edilə bilər. " Ads Maneger”in bütün istifadəçilərə təqdim  edilməsi üçün bir az zaman lazımdır. Məlumata görə tətbiq bu yayın sonuna qədər bütün reklamçılara istifadəyə veriləcəkdir.