Geyiləbilən texnologiya dünyası sərhəd tanımadan inkişaf etdikcə hər keçən gün yeni xəbərlər yayılmağa davam edir. London mərkəzli "This Place"ın hazırlamış olduğu xüsusi bir "Google Glass" tətbiqi bir anda bütün dünyanın diqqətini üzərinə çəkərək texnologiya dünyasına damğa vurmağı bacardı.


 


"MindRDR" adını daşıyan tətbiq ilə istifadəçilər ağıllı eynəyi rahatlıqla istifadə edə biləcəklər. MindRDR tətbiqi beyin dalğalarını ölçəbilən biosensor xüsusiyyətinə sahibdir.


 


Sözügedən tətbiq beyin dalğalarını istifadəçisinə çevirərək o anda istifadəçinin nəyə yönəldiyini təyin edir və bunu anlamlandırmağa çalışır. Beləcə, məsələn video çəkmək düşünürsünüzsə normalda video çək əmriylə edilən əməliyyat hər hansı bir proses yerinə yetirmədən edilə bilər. Bundan əlavə Twitterdən Tweet də atmaq mümkün olacaqdır. Düşüncə gücünü istifadə edərək yalnız video çəkmək kifayət etmir hətta çəkilən bütün videoları internet platformalarında paylaşmaq mümkün olacaqdır.