"Facebook" sosial şəbəkəsi ilk olaraq yalnız universitet tələbələrinə açılmış, daha sonrasında isə bütün dünyadakı milyardlarla insana xidmət etməyə başlamışdır.
Sosial şəbəkə indi isə bənzər bir işə imza atır. iOS üçün təqdim edilən yeni tətbiq olan "Facebook Mentions" yalnız "xalq fiqurları" orijinal adıyla "Public Figure" tərəfindən istifadə edilə bilir.
"Public Fiqure" məşhurlar, jurnalistlər, dövlət rəsmiləri, məşhur marka və şirkətlər üçün nəzərdə tutulmuşdur. Yəni tətbiqi yalnız məşhur və ya məşhur adlar istifadə edə bilər. "Mentions" nişanı isə sizin haqqınızda deyilənləri görməyi asanlaşdırır və "Twitter"dəki @ nişanına bənzəyir. Sözügedən tətbiq ictimai media profillərini köməkçilərinə idarəetdirilən məşhurlar üçün nəzərdə tutulmuşdur.
