"Samsung" İngiltərədə Şahzadə Georgeun ilk doğum gününə təsadüf edən “100 Days of Family” adlı reklam kampaniyası başlatdı. Reklam kampaniyası balaca Georgeun vətənində təqdim olundu.
Bu günlərdə həmin gün Derbyshire əyalətindən olan Jagger ailəsində dünyaya gələn Georgeun həmyaşıdının anası ilə olan fotoşəkilləri Picadilly Circus böyük billboardlarında göründü.
Cheil U.K. tərəfindən hazırlanmış layihə “Samsung Galaxy K zoom” təkmilləşdirilmiş kamerası ilə brendin yeni mobil telefonunu reklam edir. Brendin məhsulu həyatının ən özəl və unudulmaz anlarını tutmaq və qaçırmamaq üçün imtina edilməz bir cihaz kimi tanıdılır. Sözügedən reklam layihəsində 50 ailə iştirak edəcəkdir.
