İnternet axtarış sistemi Yahoo "Flurry" ilə birləşdiyini açıqladı."Flurry"dən verilən açıqlamada, "Son 6 ildə tək başımıza çox əhəmiyyətli işlərə imza atdıq. “Yahoo”nun köməyi ilə daha böyük hədəflərə çata biləcək bir mövqeyə sahib olacağıq” ifadələri bildirilib.


 


Ağıllı telefon istifadəçilərinə xüsusi reklamlar istehsal edən  “Flurry” ilə “Yahoo” arasında satın alma üçün ödənəcək miqdarla əlaqədar bazarlıqlar isə,  hələ davam edir.


 


“Yahoo”nun, mobil reklam şirkəti üçün ən az 200, ən çox 300 milyon dollar ödəməsi gözlənilir. Son illərdə interneti ağıllı telefon vasitəsilə istifadə edənlərin sayı sürətlə artır. “Yahoo”, “Google”, “Facebook” və “Twitter” kimi şirkətlər bu sahədə satın almalar reallaşdıraraq hər il bir az daha böyüyən bu bazardan pay almaq istəyir. “Facebook”, 2014-ün əvvəlində “LiveRail” adlı mobil reklam şirkətini tərkibinə qatmışdı. “Twitter” də, “MoPub” adlı bənzər bir şirkəti satın almışdı.