"Twitter"dən yenə inqilab kimi yeniliklər davam edir. Növbəti yeniliyin adı isə "Birlikdə Tweet At" adlanır. "Twitter"də izlədiyiniz fenomenlər və yaxud da yoldaşlarınızın yazdığı mənalı və Sizlərə təsir edən "Tweet"in sonrasında "Ondan əvvəl kaş ki mən yazsaydım" ifadələrini istifadə etdiyiniz zamanlar əlbətdə olmuşdur.
Twitter artıq bu istəkləri belə nəzərə aldı. Artıq eyni hissləri və düşüncələri paylaşdığınız insanlarla ortaq "Tweet"lər ata biləcəksiniz. Xülasə bir "Tweet"in iki yoldaş yarısı ola biləcəksiniz. Tətbiqdən istifadə etmək üçün ilk əvvəl birlikdəhəyata.com / birlikdətweetat ünvanına daxil olub tətbiqin Twitter hesabınıza bağlanmasına icazə verməyiniz lazımdır.
Daha sonra isə "Twitter"da izlədiyiniz şəxslərin siyahısını görürsünüz. Yoldaşınızı seçdikdən və ok düyməsinə toxunduqdan sonra isə qarşınıza çıxan tweet yazma qutusuna ağlınızdakıları və ya yazacaqlarınıza daxil olmağınız lazımdır. Bu mərhələdən sonra "Tweet"i yoldaşınıza göndərməyiniz və ortaq tweetinizin necə bir şəkildə ortaya çıxacağını gözləməyə başlamanız kifayətdir. Yalnız tweet yazma qutusunda avtomatik olaraq Sizin istifadəçi adınız, yoldaşınızın istifadəçi adı və #birlikdəhayata hashtagı olur.