Yeni bir iOS tətbiqi olan “imoji” bu trendi başqa bir ölçüyə daşıyır və öz "emoji"nizi özünüzün yaratmağınızı təmin edir. “imoji” ilə hər bir görüntünü sticker və ya "emoji"yə çevirmək və onu iMessage vasitəsilə yoldaşlarınıza göndərmək mümkündür.
"iPhone"un emoji xarakterləri sizi təmin etmirsə artıq öz "emoji"nizi özünüz yarada biləcəksiniz. İstər internetdən tapdığınız bir görüntü olsun, istərsə də "Məndən necə bir Emoji xarakteri olardı?" deyə düşünərək çəkdiyiniz selfie olsun imoji bütün bunları əyləncəli "emoji"lərə çevirir.
“Emoji”ləşdirmək istədiyiniz görüntünü seçdikdən sonra tətbiqin vasitəsilə onları genişləndirmək, kənarlarını düzəltmək və virtual qayçı vasitəsilə kəsmək mümkündür. Sonrasında yaranmış olan "emoji"ni hər kəsə açıq və ya xüsusi olaraq nizamlamaq, ona etiketler verə bilmək və istədiyiniz iMessage vasitəsilə dostlara göndərmək mümkün olur.

