"Snapchat"ın mobil telefonlara gətirdiyi yenilik və bu yeni sektorda rəqibsiz bir şəkildə irəliləməsi bir çox brendləri rahatsız etməyə başladı. Instagram da bu vəziyyətdən istifadə edən son brend oldu.
"Instagram"ın IOS və Android üçün hələlik Yeni Zellandiya, Sinqapur və Cənubi Afrikada yaşayan istifadəçilər üçün təqdim etdiyi yeni tətbiqin adı "Instagram Bolt" adlanır. Tamamilə yeni bir tətbiq olan "Instagram Bolt" əslində bir mesajlaşma tətbiqidir.
Eynilə "Snapchat" da olduğu kimi tək bir toxunuşla fotoşəkil çəkib bu fotoşəkillərə kiçik yazılar əlavə edərək dostlara göndərmək mümkündür. Instagram və Facebook qrupunun iddiasına görə "Instagram Bolt" istifadəçilərinə daha inteqrasiya olunmuşbir sistem təqdim edir.