Hind mənşəli brend olan "Karbonn" bazara təqdim etdiyi 45 dollarlıq "A50S" model android ağıllı telefonu ilə texnologiyaya çox pul ayıra bilməyəcək istehlakçıların belə əldə edə biləcəyi bir cihaz istehsal edib.


 


Təbii ki, Karbonn A50S modelinin belə bir qiymətə sahib olması onun Samsung və ya "LG"nin məşhur modelləri qədər qüvvətli xüsusiyyətlərə sahib olmayacağını bildirir. Cihaz cüt nüvəli 1.2 GHz sürətində prosessora, 256 MB yaddaşa və 512 MB daxili yaddaşa sahibdir.


 


MicroSD kart girişi ilə yaddaş 32 GB-a qədər artırıla bilir. Cihaz həmçinin 2 megapiksellik ana kamera və 0.3 megapiksellik ön kameraya sahibdir. Çox da yüksək olmayan xüsusiyyətlərə sabib olmasına baxmayaraq "A50S" modelində əməliyyat sistemi olaraq Android 4.2.2. Jelly Bean var. GPS xüsusiyyəti yoxdur lakin cüt SIM kart girişi mövcuddur. İlk ağıllı telefonuna sahib olacaq gənclər və ya ağıllı telefona çox pul xərcləmək istəməyən və ya çox büdcəsi olmayan istifadəçilər üçün ideal bir seçimdir. Tək problem cihazın hal-hazırda yalnız Hindistanda satılmasıdır. Cihazın gələcək aylarda Avstraliya, Cənubi Afrika və Yeni Zelandiyada da bazara çıxacağı bildirilib.