Bildiyimiz kimi "Twitter"dəki məşhur "hashtag"ların bir çoxu qısaltmalardan ibarətdir. Yeni istifadəçi qazanmaqda və onları aktiv istifadəçilər halına gətirməkdə problem yaşayan Twitter, xüsusilə bu cür hashtagları yeni üzvlərə izah etməkdə çətinlik çəkir.
Hal-hazırda Twitter bunun qarşısını almaq üçün sosial şəbəkə üzərində hashtag istifadəsini sadələşdirmək və məşhur hashtagların daha çox istifadəçiyə çatmasını təmin etmək üçün bir sıra sınaqlar keçirir.
"Wall Street Journal"ının Twitter iOS tətbiqində hashtag axtarışlarında artıq müəyyən hashtagların şərhini də görmək mümkündür. Məsələn ən məşhur hashtaglardan biri olan "TBT"nin açılışının Throw Back Thursday olduğunu görmək olar. Hashtagların nə ilə əlaqədar olduğunu açıqlayan və məntiqini ortaya çıxaran bu şərhlər xüsusilə yeni istifadəçilərə hashtag istifadəsini mənimsətmək üçün əhəmiyyətli bir vasitə ikən, hashtag axtarışlarında istifadəçilərin də işini asanlaşdıracaqdır. # oitnb (Orange is the New Black), # lol (Leauge of Legends) kimi hashtag axtarışlarında çıxan bu açılımlar bu an müəyyən mobil istifadəçi üzərində sınaqdan keçirilir.
