Apple şirkəti yeni "iPhone 6" telefonunu və iOS 8 əməliyyat sistemini bu ilin Oktyabr ayının 14-də təqdim edəcək. Bu barədə şirkətdəki mənbəyə istinadən “MacRumors” saytı məlumat yayıb.
Bundan öncə yeni modelin Sentyabrda təqdim ediləcəyi, daha sonra isə batareya problem ilə əlaqədar 2014-cü ilin sonuna və ya 2015-ci ilin əvvəlinə qalacağı barədə məlumat yayılmışdı.
“iPhone 6”nın 4.7 və 5.5 düymlü versiyalarda satışa çıxacağı gözlənilir. Telefonun 5.5 düymlü versiyasının bir az gec - 2014-cü ilin sonunda və ya 2015-ci ilin əvvəlində satışa verilməsi nəzərdə tutulub. “iPhone”nun hər iki versiysının daha nazik profilə, sürətli A8 prosessoruna və təkmilləşdirilmiş kameraya malik olacağı gözlənir.