Amerikanın texnologiya şirkəti olan “Hewlett-Packard” öz ağıllı saatını istehsal etmək qərarı aldı. Şirkət bunun üçün yenə Amerikalı dizayner Michael Bastian ilə bir araya gəldi.
Cihaz Android və iOS sistemi ilə uyğunlaşacaq. Bundan əlavə cihaz 44mm paslanmayan polad arxa qoruyucu və üç dəyişdirilə bilən kəmərə sahibdir. Sözügedən cihaz zeytun yaşılı və məhdud sayda qara rəngdə mövcud olacaqdır.
Bu payızda bazara çıxacaq olan saatın qiyməti hələ müəyyən olmasa da olduqca bahalı olacağı düşünülür. Ağıllı saatı hələlik Amerikanın online alış-veriş mərkəzi olan "Gilt"də əldə etmək mümkün oloacaqdır.