Geyilə bilən cihazların yavaş-yavaş həyatımıza daxil olması ilə əlaqədar olaraq həmin cihazları istehsal edən istehsalçılar bu istiqamətdəki işlərinə ağırlıq verməyə başladı.
"Google glass" ilə ödəmə sistemləri, ev təhlükəsizliyi deyərkən indi də "Android Wear" üçün hazırlanmaqda olan və mövcud tətbiqlərin yeniləmə xəbərləri bir-bir qarşımıza çıxır.
Hal-hazırda klassik mesajlaşma üsulunun yerini almağı bacaran Whatsapp son dövrün ən məşhur geyilə bilən texnologiyalarından biri olan "Android Wear"a gəldi. "Whatsapp"a gələn yenilənmə ilə "Android Wear" istifadəçilərinin artıq məşhur mesajlaşma tətbiqini istifadə edə biləcəkləri müjdələnərkən, istifadəçilərin eyni zamanda saatlarından gələn Whatsapp mesajlarını oxuya və hətta mesaj yazıb cavab göndərə biləcəkləri də elan olundu.
