Apple keçdiyimiz günlərdə son hesabatını açıqladı. Şirkət İyul ayında “App Store” gəlirlərində rekord qırdığını bildirdi. Ötən ay Apple istifadəçilərinin mağazadan rəqəmsal proqramlara görə ən çox pul ödədiyi dövrü oldu.
"Apple"ın "CNBC"yə açıqladığı və daha sonra Tim Cookun “Twitter”dən bildirdiyi üzrə texnologiya nəhəngi ötən ay öz rekordunu qırdı və App Store üzərindən tətbiq satışlarından indiyə qədər əldə etdiyi ən böyük gəliri əldə etdi.
Apple nə qədər gəlir əldə etdiyi və nə qədər istifadəçi sayına çatdığı haqqında qəti rəqəmlər bildirmədi. Xatırladaq ki, keçdiyimiz Dekabr ayında Apple "App Store"dan 1 milyard dollar qazanc əldə etdiyini açıqlamışdı. Yeni şərh ilə rekord bir gəlir səviyyəsinə çatdığını ifadə edən "Apple"ın buradan 1 milyard dolların üzərində gəlir əldə etdiyini anlaya bilirik.
İyun ayında reallaşan WWDC 2014 tədbirində Tim Cook, "App Store"dakı tətbiqlərin sayının 1,2 milyona çatdığını və "App Store"u hər həftə 300 milyon adamın ziyarət etdiyini açıqlamışdı. Eyni zamanda bir gündə "App Store"dan 75 milyon tətbiq yükləndiyini bildirən Apple, aydındır ki, İyul ayında bunların artımıyla rekord bir gəlirə çatmış vəziyyətdədir.