Apple  "Samsung" Amerika Birləşmiş Ştatları sərhədləri xaricindəki bütün məhkəmə davalarından imtina edir. İki şirkət tərəfindən bildirilən ortaq şərhdə, "Samsung" və "Apple"ın ABŞ xaricində aralarında olan bütün məhkəmə davalardan imtina etdikləri bildirilib.


 


ABŞ məhkəməsində 3 ildən bəri davam etməkdə olan yüksək xərcli məhkəmə davalarının isə davam etdiriləcəyi bildirildi. Hər iki şirkət də ağıllı telefon və tablet bazarında ən böyük şirkət olaraq tanınır.


 


2011-ci ildə "ABŞ”lı texnologiya nəhəngi Apple, Cənubi Koreyalı Samsung brendinin "Galaxy" mobil telefonu və tabletlərində "iPhone" və "iPad"in bəzi xüsusiyyətlərinin tamamilə oxşarını hazırladığını iddia edərək edərək "ABŞ"da məhkəməyə müraciət etmişdi. İki şirkət bir-birlərinə qarşı Cənubi Koreya başda olmaq üzrə Almaniya, Avstraliya, Fransa, İtaliya, Hollandiya, Yaponiya və İngiltərədə də patent iddiaları açmışdı.


 


Amerika məhkəməsi iki şirkət arasındakı ilk iddiada 2012-ci ilində "Apple" şirkətinə zərərləri qarşılığında "Samsung" tərəfindən 1 milyard dollar təzminat ödənməsinə qərar vermişdi. İkinci iddiada isə məhkəmə hər iki şirkətin də bir-birlərinin patentlərini pozduğuna qərar verərək "Samsung"u 119,6 milyon dollar, "Apple"ı isə 158 min 400 dollar təzminat ödəməyə məhkum etmişdi.