"Google"dan həm şəxsi köməkçi, həm də "YouTube"u video anlamında dəstəkləyəcək iki satın alma xəbəri birdən gəldi. Assistent xüsusiyyətinə malik bir mobil mesajlaşma tətbiqi "Emu"nu tərkibinə qatan Google eyni zamanda "YouTube" üçün qısa videolar çəkməyə yarayan "Directr"i də satın aldı.


 


Mesajlaşma sahəsində çox məşhur olmayan "Google"un satın alaraq tərkibinə qatdığı "Emu" bir anlıq mesajlaşma tətbiqi olmasına baxmayaraq "Emu"nu rəqiblərindən ayıran ən böyük xüsusiyyəti ağıllı xüsusiyyətlərə sahib olmasıdır.


 


Məsələn zəngli saat qurmaq, təqvimə görüşlər əlavə etmək və ya birbaşa tətbiqin içərisindən restoranlara sifariş etmək mümkündür. "Google"un Emu ilə öz fərdi assistenti "Google Now"unu təqdim edəcəyi haqqında heç bir şübhə yoxdur. "Google"un satın aldığı bir başqa tətbiq isə "Directr"dir. Google tərəfindən satın alınmasıyla "YouTube"un video reklam qrupuna qatılacaq Directr, Vine videolarından bir az daha uzun videoları tətbiq içindən birbaşa olaraq fiksasiya edə bilən bir xidmətdir.