Ağıllı telefon sektorunun əzəli rəqibləri Apple  "Samsung", Sentyabr ayında bazara çıxardacaqları yeni modelləri ilə yeni bir rəqabətin içərisinə girəcəklər. Cənubi Koreyanın Samsung və “ABŞ”ın Apple şirkəti, ağıllı telefonlarını eyni dövrdə bazara təqdim etməyə hazırlaşır.


 


Şirkətə yaxın mənbələrə görə, Samsung, “Note 4”ü məişət elektronikası və ev cihazları üzrə dünyanın əsas sərgisi olan IFA 2014 çərçivəsində 3 Sentyabrda təqdim edəcək və 15 Sentyabrda satışa çıxardacaqdır. 


 


“Apple”ın isə 9 Sentyabrda təqdim edəcəyi gözlənilən “iPhone 6”nı eyni ayda satışa təqdim etməsi gözlənilir.  Ötən günlərdə tayvanlı pop müğənnisi Jimmy Lin, dünyanın maraqla gözlədiyi “iPhone 6”nın ən dəqiq fotoşəkillərini mətbuata sızdırmış və bu sayədə məhsul haqqında bəzi xüsusiyyətlər də məlum olmuşdur. Jimmy Linin paylaşdığı fotoşəkillərə görə, daha geniş bir ekrana və oval kənarlara malik olan iPhone 6, metal və daha incə bir korpusa sahibdir.


 


“Samsung”a yaxın mənbələrin iddialarına görə, şirkətin bazara çıxartmağa hazırlaşdığı Note 4 modeli, 5.7 düym böyüklüyündə və 1440x2560 həllolma əmsalına sahib bir ekrana malik olacaq. Daha əvvəl bazara çıxarılmış Galaxy S 5 modeli ilə gözlədiyi satış rəqəminə çata bilməyən Samsung, iPhone qarşısında müvəffəqiyyət qazanmaq üçün həm zərərini kompensasiya etməyi, həm də rəqibi qarşısında əhəmiyyətli bir üstünlük təmin etməyi hədəfləyir.