"Microsoft", yalnız Hindistan, Çin və Nigeriya kimi inkişaf edən bazarlar üçün 25 dollara, yəni təxminən 20 manata satılacaq “Nokia 130” modelinin istehsalına başlayıb.Nokianı satın alan Microsoft, bazara qiyməti 25 dollar olan telefonunu çıxardır.
İlin 3-cü rübündən etibarən yalnız Hindistan, Çin və Nigeriya kimi inkişaf edən bazarlarda satışa təqdim ediləcək “Nokia 130” modeli ilə, video izləmək, musiqi dinləmək mümkün olacaq.
Microsoft, bu kimi funksiyaları aşağı qiymətə təqdim edərək istehlakçıları özünə cəlb etməyi hədəfləyir. 1,8 düym böyüklüyündə ekrana malik olan telefonun sahibləri cihazı bir dəfə enerji topladıqdan sonra 36 gün istifadə edə biləcəklər. Bluetooth funksiyasının da olduğu telefonda internet istifadəsi isə mövcud deyil. Microsoftdan verilən açıqlamada, dünyada təxminən 1 milyard adamın hələ cib telefonuna sahibi olmadığına diqqət çəkilib.
Analitiklər Nokianın inkişaf edən ölkələrin bazarlarında etibar edilən bir marka olduğunu qeyd edirlər. Microsoftun bu markanı istifadə edərək, növbəti illərdə bu istifadəçilərin ağıllı telefonlara keçişlərində Microsoft cihazlarını seçmələrinə ümid etdiyi qeyd olunur.