"Facebook" sosial şəbəkəsinin yeni siyasətində artıq zorla bəyənmə toplama dövrü bağlanır. "Facebook"un gətirdiyi yeni qaydaya görə "istifadəçiləri ictimai əlavələri istifadə etməyə və ya səhifələri bəyənməyə təşviq etməmək lazımdır.
Buna keçid tətbiqləri və ya səhifənin bəyənilib bəyənilməməsinə görə dəyişən tətbiq məzmunları da daxildir. İstifadəçiləri tətbiqinizdə yeni hesab açmağa, mövqe bildirməyə və ya proqram səhifənizdəki bir təqdimata girməyə təşviq edə bilərsiniz".
İstifadəçilərin şirkətlərlə əlaqə qurmaq və onlar haqqında məlumat almaq üçün "bəyən" funksiyasını istifadə etməyini istəyən Facebook, keyfiyyətli əlaqələrə əhəmiyyət verir və funksiyanın "süni təşviqlər" üçün istifadə olunmasını istəmir. Şirkət, bu dəyişiklikdən həm istifadəçilərin, həm də reklamçıların razı qalacağına inanır. Dəyişiklik 5 Noyabr 2014-cü ilə qədər yekunlaşacaqdır.