"Twitter" bir müddətdir ki, gəlir modellərinin diversifikasiyası üçün fərqli işlər görür. Son olaraq bu ilin əvvəllərində təqdim olunan "Twitter Cards" üçün "Twitter Analytics" xidməti də bu istiqamətə doğru atılan mühüm addımlardan biridir.


 


"Twitter"in son şərhinə görə isə yeni gəlir mənbəyi video reklamları olacaq. Bu da "Twitter"dəki sponsorlu "Tweet"lərin yanında artıq sponsorlu videoları görməyə başlayacağımız mənasını verir.


 


Brendlər "Twitter Apmlify" köməyi ilə hazırlayacaqları videoları Twitter üzərindən yayımlayaraq geniş kütlələrə çatmasını təmin edə biləcəklər. Bunun üçün isə düşünülən model CPV (Cost Per View) olacaqdır. Yəni reklamçılar yalnız izlənilən videolar üçün ödəniş edəcəklər. Video hər ötən gün rəqəmsal marketinqin əhəmiyyətli bir ünsür halına gələrkən "Twitter"in də bundan geri qalması düşünülə bilməzdi.