“Apple”dan yeni “iPhone” modeli təqdimatı gözlənilərkən, Samsung bu günə qədər istehsal etdiyi ən böyük ağıllı telefonu təqdim edib. Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung”dan, “Apple”ın bazara çıxaracağı gözlənilən yeni böyük modelinə qarşı hücum gəldi.
Samsung, bu günə qədər istehsal etdiyi ən böyük ağıllı telefonu “Alpha”nı tanıdıb. “Galaxy Alpha” olaraq tanıdılan modelin Sentyabrda bazara çıxarılması gözlənilir.
Sentyabr ağıllı telefon nəhəngləri üçün kritik əhəmiyyət daşıyacaq kimi görünür. Apple, 14 Sentyabrda “iPhone”lar ilə əlaqədar yeni bir toplantı keçirəcəyini açıqlamışdı. Mütəxəssislər, bu yığıncaqda daha böyük ekranlı yeni model “iPhone 6”nın təqdim ediləcəyini gözləyir. Samsung son dövrlər gələcəyinə dair xəbərdarlıqlar almağa başlayıb.
Kredit reytinqi təşkilatı Fitch, Cənubi Koreyalı şirkətin bazar payının 2015-ci ilə qədər 31%-dən 25%ə düşəcəyinə işarə edib. Mütəxəssislər, Samsungun çıxardığı yeni modelin “Apple”ın maraqla gözlənilən telefonu “iPhone 6”nın önünə keçə bilməyəcəyini bildirirlər. Galaxy Alpha, metal korpusa malikdir. Model beş fərqli rəngdə satışa çıxacaq. 4,7 düym, yüksək həllolma əmsalı ekrana malikdir və 7 mm qalınlığındadır. Modelin 12 meqapiksellik kamerası var.