"Microsoft" yenə də özünün sevimli strategiyasından istifadə etdi və üç yeni reklam çarxı təqdim etdi. Şirkət bu reklam çarxlarında özünün “Surface Pro 3” tabletini Apple məhsulu ilə müqayisə edir.


 


Microsoft reklam çarxlarında misallar əsasında “Surface Pro 3”ün “Macbook AİR”dən daha üstün olmasını nəzərə çatdırmağa çalışır. Çıxarıb taxmaq mümkün olan klaviatura ilə “Surface Pro 3” notebook kimi görsənir və çalışır, kompüter gücünə bərabərdir və hətta sensor ekranı və ekranda yazı yazmaq üçün qələmi belə var.