Sosial media nəhəngi "Twitter" gəlirlərini artırmaq üçün yeni bir sistemi həyata keçirir. Çox yaxında “İndi alın” düyməsi ilə yeni dövrün qapılarını açacaq. Sosial media deyildikdə “Facebook” ilə bərabər ağıla ilk gələn markalardan olan “Twitter”, gəlir baxımından “Facebook”dan geridə qalır.


 


Bu vəziyyəti aradan qaldırıb, gəlirlərini artırmaq istəyən “Twitter”, yeni layihələrini həyata keçirir. Yeni layihə, Twitter qədər, digər internet vasitəsilə mal satan şirkətlər üçün də çox əhəmiyyətlidir.


 


Artıq atılan “tweet”lərin içərisinə “İndi alın” mənasını verən “buy now” düyməsi olacaqdır. Düyməyə basdıqdan sonra, istehlakçılar fərdi və ünvan məlumatlarını daxil edəcəklər. Bundan sonra ödəniş məlumatlarının daxil edilə bilinəcəyi bir panel qarşıya çıxacaqdır. Xüsusilə, ucuz məhsulların satışında firmalar üçün olduqca praktik bir yol olan yeni düymə ilə, artıq Twitter vasitəsilə alış-veriş edə biləcəyik. “Stripe” vasitəsilə təmin ediləcək  texnologiya, firmaların “Stripe”də qeydiyyatdan keçmələrini tələb edəcək.