“ABŞ”ın Ticarət Markaları və Patentlərin Qeydiyyatı Bürosu Apple şirkətinin patent sifarişini dərc edib. Patent sifarişində “iPhone” və “iPad”la çəkilmiş təsvirlər üzərində onların “3D” texnologiyası üçün iş üsulları təqdim edilir.
Patentdə təsvir edilmiş ixtiralar smartfon və ya tabletin sensor ekranında üç ölçülü obyektlərin təsvirlərini əldə etməyi nəzərdə tutur. Bu arada istifadəçi interfeysinin idarəedilməsi elementləri virtual düymə kimi təsvir edilir.