İnternet brauzeri “Firefox”un istehsalçısı “Mozilla” şirkəti də ucuz ağıllı telefon (smartfon) yarışına girdi. İstehsal etdiyi ucuz mobil telefonlarını Hindistanda satışa çıxaran “Mozilla”, əməliyyat sistemi olaraq “Firefox” proqramını istifadə edir.


 


Təxminən 33 dollardan satışa çıxan telefon hazırda yalnız Hindistanın ən böyük virtual mağazalarından biri olan “Snapdeal”da satılır. “Intex Cloud FX” adlı telefon Asiya ölkələrində satışa çıxan və “Firefox” proqramını istifadə edən ilk ucuz mobil telefondur. “Mozilla”dan verilən açıqlamada, “Intex Cloud FX” ilə kütlələrin standart bir telefon puluna ağıllı telefon ala bilməsini hədəfləyirik” deyildi.


 


“Mozilla” şirkətinin İdarə heyətinin sədri Li Gong da yeni telefonla birlikdə ucuz ağıllı telefonlarda “standart plankası”nı yüksəltmək istədiklərini qeyd edib. Hindistanın texnologiya şirkəti “Intex Technologies” tərəfindən istehsal edilən “Mozilla”nın telefonu 4 GB yaddaşa, “Bluetooth”, simsiz internet imkanı kimi təməl xüsusiyyətlərə malikdir. Ağıllı ucuz telefon yarışında mobil telefon istehsalçısı “Nokia”, “Asha” və “Nokia X” modelləri ilə bazarda əhəmiyyətli bir paya sahibdir. “Android” əməliyyat sistemini istifadə edən mobil telefonları isə Asiya ölkələrində olduqca geniş şəkildə istifadə edilir.