LG şirkəti xüsusi devays seriyası “G Pad”a həsr olunmuş yeni reklam çarxı təqdim etdi. Reklam çarxının əsas qəhrəmanı, onun yoxsul tabletinə görə hər zaman müxtəlif arzu olunmaz hadisələrlə üzləşir.
Ssenariyə əsasən müxtəlif hadisələrdən sonra qəhraman küçədə, QPair 2.0 funksiyasından istifadə edərək LG G Pad 8.3 ilə danışan bir qıza rast gəlir və keyfiyyətsiz cihaz xeyrinə etdiyi seçimin nə dərəcədə düzgün olduğu barədə düşünür. Əslində, bu vurğu reklam çarxının iki əsas fikirindən biridir. Həmçinin layihə yaradıcıları“Daha çox ödəmək nəyə lazımdır?” deyə soruşur.