Amerika şirkəti olan Apple, 2015-ci il üçün ən böyük ekranlı “iPad” tabletlərinin istehsalına başlayır. Yeni “iPad” 12,9 düym ekrana sahib olacaqdır. Və bu da onu Apple tabletləri silsiləsində ən böyük ekranlı tablet edəcəkdir.
Hal-hazırda şirkət 9,7 və 7,9 düym ekrana malik tabletlər istehsal edir. Aydındır ki, şirkətin direktoru Tim Cook, yeni “iPad” modelinin istehsalında müştərilərin diqqətini cəlb etməyə çalışır. Apple yaxın zaman ərzində “iPhone 6” smartfonunu da təqdim etməyə hazırlaşır. Onun təqdimatı Sentyabr ayının 9-na planlaşdırılıb.