Sentyabr ayı texnologiya sevənlər üçün həyəcanlı bir dövr olacağana bənzəyir. 9 Sentyabrda yeni nəsil ağıllı telefon modeli “iPhone 6”nı tanıtması gözlənilən “Apple”ın, ağıllı saat modelini təxmin edildiyindən daha erkən təqdim edəcəyi iddia edilir.
İddialara görə, “ABŞ”ın texnologiya nəhəngi “Apple”, 9 Sentyabrda “İphone 6” ilə birgə uzun bir müddətdir maraqla gözlənilən ağıllı saat modelini də təqdim edə bilər.
Şirkətə yaxın qaynaqlardan verilən xəbərlərə görə, “iWatch” adlı ağıllı saat, “Apple”in CEO-su Tim Cook və qrupu tərəfindən 9 Sentyabrda tanıdılacaq. “LG” və “Samsung” kimi texnologiya nəhəngləri də ağıllı saat bazarına sürətli bir şəkildə daxil olur. “Apple”ın “iWatch” ilə bu bazarda da söz sahibi olmağı hədəflədiyi düşünülür. “iPhone 6” ilə eyni gün təqdim edilməsi gözlənilən ağıllı saatın hansı funksiyalara malik olacağına dair çoxlu sayda iddia var. Apple, mövzu ilə əlaqədar hələ rəsmi bir açıqlama verməyib.