“iWatch”u Sentyabrda təqdim etməyə hazırlaşan Applea, “Samsung”, “Gear S” ilə erkən cavab verdi. “Samsung”un yeni ağıllı saatı ilə danışmaq da olur.
Cənubi Koreyalı texnologiya nəhəngi “Samsung”, yeni ağıllı saatı “Gear S”i təqdim edib. 2 düymlük ekrana sahib olan “Gear S” “Tizen” əməliyyat sisteminə malikdir. Bir əvvəlki saat “Google”un “Android” əməliyyat sistemi ilə çalışırdı.
3G rabitə imkanına malik olan saatda, həmçinin “Wi-Fi” və “Bluetooth” funksiyaları da var. Telefon zənglərini qəbul edə bilən saatla qısa mesajlar da alına bilir. Qiyməti haqqında bir məlumat verilməyən saatın Oktyabr ayından etibarən bazarda olması gözlənilir. "Apple"ın 9 Sentyabrda “iPhone 6”nı təqdim etməsi ilə birgə “iWatch”u da tanıdacağı bildirilir.