Ötən rüb “Alibaba Group Holdinq” ən böyük rəqibləri “Amazon.com Inc.” və “EBay Inc.”in cəmi mənfəətindən daha çox mənfəət əldə edib. Çinin ən böyük e-ticarət müəssisəsi olan “Alibaba”nın, 2014-cü ilin ikinci rübündəki mənfəəti 1.1 milyard dollar təşkil edib.



Bu rəqəm “Amazon” və “EBay”ın cəmi mənfəətindən 42% çoxdur. “Alibaba” səhmlərinin ilkin kütləvi təklifinə (İPO) hazırlaşır. Şirkətin yaxın günlərdə səhmlərinin qiymətini açıqlayacağı gözlənilir.



“Bloomberg” tərəfindən keçirilmiş sorğuya qatılan 11 analitikin orta təxmininə görə, səhm satışındn sonra şirkətin dəyəri 187 milyard dollara çata bilər. “Bloomberg”in məlumatlarına görə, “Ebay” və “Amazon”un cəmi bazar dəyəri 226 milyard dollar səviyyəsindədir.