"Apple"ın 9 Sentyabrda iki "iPhone 6" modelini tanıdacağını bilirdik. "Redcode"un xəbərinə görə bu təqdimatda "iPhone"lar tək olmayacaq. Apple "iWatch"u da "iPhone"lar ilə birlikdə tanıdacaq. "iWatch" haqqında hələ qəti məlumatlar verilmir.


 


Deyilənlərə görə "iWatch" IOS 8 ilə inteqrasiya halında çalışacaq və iOS 8-də olan yeni sağlıq izləmə tətbiqi ilə yaxından əlaqəli olacaq. Sağlamlıq mövzusunda bir çox yeniliyi özündə birləşdirəcək olan iWatch, "Apple"ın gələcəkdəki ən əhəmiyyətli tətbiqlərindən biri olacaq "HomeKit" ilə əlaqə qurma imkanına da sahib olacaq.


 


Şirkət tərəfindən "WWDC"də edilən şərhi nəzərə alsaq, "iPhone"lar kimi "iWatch”un da əlavə bir tətbiq tələb etmədən IOS 8 üzərindən qaraj qapılarını nəzarət etmə, təhlükəsizlik kameralarını idarə etmə, şəbəkə üzərindən çalışan digər cihazları nəzarət etmə kimi qabiliyyətlərə sahib olacağı düşünülür.