"Instagram"ın yeni tətbiqi olan "Hyperlapse" ilə təqdim etdiyi sürətləndirilmiş videolara maraq gecikmədi. "Instagram" yeni tətbiqi "Hyperlapse"i tanıtdığı gündən etibarən markalardan və agentliklərdən ilk nümunələr də platformada meydana çıxmağa başladı.


 


Qısa zaman-keçişi (time-lapse) videoların hazırlanabilməsinə imkan yaradan yeni tətbiqə maraq göstərən ilk markalar arasında Mercedes, Cosmopolitan və Mountain Dew kimi böyük brendlər iştirak edir. Razorfish və Türk Havayollarının yeni agentliyi Crispin Porter + Bogusky isə tətbiqi müxtəlif şəkillərdə sınayan ilk agentliklər arasındadır.