Apple 9 Sentyabrda təqdim olunması gözlənilən yeni  ağıllı saatını 400 dollardan satmağı planlaşdırır. “Apple” 9 Sentyabrda təşkil edəcəyi tədbirdə yeni “iPhone”ları  və yeni  saatı “iWhatch”u təqdim edəcək.


 


Şirkətin yeni cihazının qiymətini 9 Sentyabrda açıqlayıb-açıqlamayacağı isə hələ tam dəqiq deyil. 9 Sentyabrda açıqlanacaq yeni ağıllı saat ilə, “Apple” 2010-cu ildə “iPad”dan bu yana ilk dəfə yeni bir məhsul seqmentinə başlayacaq.