“Apple Inc.” şirkəti, yeni “iPhone”unun mobil pul kisəsi kimi istifadə edilməsi üçün iri ödəniş şirkətləri və banklar ilə danışıqlar aparır. Danışıqlar gizli şəkildə aparılır.
İlkin razılaşmanın “Visa Inc.”, “MasterCard Inc.” və “American Express Co.” ilə əldə edildiyini və 9 Sentyabrda yeni “iPhone 6” ilə birlikdə açıqlanmasının gözlənildiyi bildirilib.
Yeni “iPhone”, ilk dəfə bir yaxın sahə rabitə çipinin əlavə olunması ilə mobil ödəmələri asanlaşdıracaq. Yeni “iPhone”dakı mobil ödəniş sistemi və barmaq izini tanıyan “Touch ID” istehlakçılara barmaq izlərini oxudaraq ödəniş etmək imkanı verəcək. Mütəxəssislər “Apple”ın ödəniş bazarına girməsi ilə vəziyyətin dəyişə biləcəyini qeyd edirlər.