“Partnership for a Healthier America” təşkilatı 2013-cü ildə başladığı və Amerikalıları hər gün daha çox adi su içməyə dəvət edən “Drink Up” layihəsini davam etdirir.
Təşkilat, Y&R və VML New York ilə birlikdə New-Yorkda yerləşən “Brooklyn Bridge” parkında içməli su ilə dolu olan danışan fəvvarə quraşdırdı. Sakinlər oradan su içmək istədikdə fəvvarə onlarla “danışmağa” başlayır.
Bu yalnız insanın dodağı həmin fəvvarəyə toxunduqda baş verir. “Fəvvarənin səsini” sinxronizasiya etmək üçün Arduino, MaKey MaKey və Raspberry Pi texnologiyasından və avadanlıqlarından istifadə olunmuşdur. Dizaynı isə “YesYesNo” təşkilatı hazırlamışdır.