"Ağıllı ayaqqabı" hələ 2011-ci ildə hazırlanmasına baxmayaraq hələ indi məşhurluq qazandı. Qırmızı rəngli ayaqqabının içərisində quraşdırılmış GPS öz sahibinə vibrasiya köməyi ilə marşrutların düzgün istiqamətdə hərəkətini bildirir.



Ağıllı ayaqqabı həmçinin gəzinti zamanı sərf olunan kalorini də hesablaya bilir. Onu Bluetooth ilə müşayiət olunan smartfonlar üçün xüsusi proqram vasitəsilə idarə etmək mümkündür.



Artıq 50 nəfərdən çox insan bu qeyri-adi naviqatorun sahibidir. 25 min insan isə onu sifariş edib. Bu qeyri-adi naviqator ayaqqabının qiyməti 100-150 ABŞ dolları arasında dəyişir. Sözügedən ayaqqabı ən çox turistlər arasında məşhurluq qazanmışdır.