Avqust ayının 27-si Samsung ağıllı saatı “Gear S”i təqdim etdi. Yeni cihazın əsas xüsusiyyətlərindən biri kimi, SIM-kart üçün slot mövcudluğu sayəsində 3G dəstəkləməsini və 2 düymlük əyri AMOLED ekranı qeyd etmək olar. Sentyabrın 2-si isə “Gear S “in qeyri-adi versiyasının təqdimatı baş tutdu.
Bu versiya da yeganə fərq, ağıllı saatın“Swarovski” daşları ilə bəzədilmiş kəməridir. Yenilik “Swarovski for Samsung” kolleksiyasına əlavə ediləcək. Qeyd edək ki, kəmərlər ayrıca satılacaq. Aksesuarın satışı Oktyabr ayında başlayacaq.
