“Samsung”, yeni ağıllı telefonları “Galaxy Note 4”“Galaxy Note Edge”nin  təqdimatını keçirib. Oktyabr ayında satışa çıxarılması planlanlaşdırılan yeni “Galaxy Note 4”, qara, ağ, qızıl və çəhrayı rəngləri ilə bazara təqdim olunacaq.


 


Dəriyə bənzər bir arxa örtüyə və metal çərçivəyə malik olan “Galaxy Note 4”, “Galaxy S5”dəki kimi barmaq izi oxucusuna da sahibdir. 3,7 meqapiksel  ön kameraya malik olan “Galaxy Note 4”, ön kamerası sayəsində 120 dərəcəlik bucaqla  fotoşəkil çəkmə imkanı da təqdim edir.


 


Həmçinin yeni cihazlarda batareya gücü təkmilləşdirilib, cihazın istifadəçisinə daha çox yaradıcılıq imkanı təqdim edilir. Yeni nəsil ekran texnologiyasına sahib və bükülmüş ekran quruluşu ilə diqqəti çəkən “Galaxy Note Edge” isə fərqli bir istifadə imkanları təqdim edir. Cihazın seçilmiş bazarlarda satışa təqdim ediləcəyi bildirilib, lakin hansı ölkələrdə satılacağı açıqlanmayıb.


 


“Samsung” iki ağıllı telefon ilə eyni anda virtual həqiqət təqdim edən eynəyi “Gear VR”, ağıllı saatı “Gear S” və ağıllı qələmi “S Pen”i də ilk dəfə təqdim edib. Başqa ağıllı bir cihaza ehtiyac olmadan istifadə edilə bilən “Gear S”, internetdə axtarış edə  və mesaj göndərə bilir. Klaviatura variantı olan cihazla eyni zamanda addımı və ürək ritimini saymaq mümkündür.   “Gear VR” eynəyi ilə  filmlər izləmək və oyunlar oynamaq mümkündür.