"HTC"nin təqdim etdiyi yeni telefonu, xüsusilə selfie həvəskarlarını çox sevindirəcək. HTC, "Desire 816"dan sonra orta səviyyəyə yeni bir Desire daha əlavə etdiyini bildirdi. "Desire 820" 5.5 düymlük, plastik gövdəli bir telefondur.


 


Androidli "Desire 820"nin dərhal gözə çarpan tərəfi dizaynında tək rəng yerinə cüt tonlu rəngdən istifadə olunmasıdır. Telefonun ön kamerasında da təkmilləşdirilmələr var. "Desire 816"nın 5MP-lik ön kamerası, yeni telefonda 8MP-ə qədər yüksəldilmişdir.


 


Mobil telefonun arxa hissəsində isə f / 2.2 diafraqma aralığına sahib 13MP-lik BSI kamera sensoru var. Live Makeup, Photo Booth və Zoe Hightlights kimi funksiyalar "Desire 820"yə daxil edilmişdir. Telefon, çəkim düyməsindən istifadə edərək arxa arxaya fotoşəkil çəkmək, beləliklə hərəkət halındakı səhnələri tutmaq və ən yaxşı fotoşəkili seçmək imkanı var. Desire 820, bu ayın sonunda bütün dünyada satışa təqdim edilməyə başlanacaq. HTC, yeni telefonunun qiymətini hələ açıqlamayıb.