Bahalı məhsulları ilə diqqət çəkən Fransanın moda markası “Chanel”, elektronika məhsulu ilə də adından danışılmasını istəyir. Şirkət, “Monster” adlı texnologiya şirkəti ilə ortaq şəkildə istehsal etdiyi qulaqlığı 5 min sterlinqə (6400 manat) moda və texnologiya sevənlərə təqdim etməyə hazırlaşır.
20-ci əsrin ən tanınmış moda dizaynerlərindən biri kimi göstərilən Alman Karl Lagerfeld tərəfindən layihələndirilmiş qulaqlıq, qara dəri örtüyə malik olacaqdır. Qulaqlığın bu ay satışa təqdim edilməsi gözlənilir. Astronomik qiyməti ilə diqqət çəkən qulaqlığın uğurlu bir məhsul olub-olmayacağı indidən maraq mövzusudur.
