Hər il Berlində keçirilən elektronik sərgi “IFA 2014”də “Samsung”,  xüsusi qələm istehsalçısı “Montblanc” ilə əməkdaşlığını elan etdi. “Montblanc” yeni smartfon “Galaxy Note 4” üçün iki xüsusi qələm istehsal edəcək.


 


“Pix”“e-StarWalker” adları verilən xüsusi qələmlər brendin digər klassik qələmləri kimi görünüşdə olacaq. Lakin onlarla ancaq sensor ekranda yazmaq mümkün olacaqdır.


 


“Montblanc” həmçinin brendin yeni smartfonu üçün iki yeni üzlük də hazırlayacaq. Klassik qara “Extreme” və “Soft Grain”. Aksesuarların qiyməti və bazara təqdim ediləcəyi tarixi hələ açıqlanmayıb.