"Twitter"in blog səhifəsində rəsmi bir şərh ilə elan olunan "Satın Al" tətbiqi rəsmiyyət qazandı. Bir müddətdir test mərhələsində olan bu tətbiq sayəsində artıq markalar məhsullarını Twitter hesabları üzərindən satışa təqdim edə biləcəklər.
Eyni zamanda twitter istifadəçiləri də online alış-veriş saytlarında olduğu kimi bəyəndikləri məhsulu satın ala biləcəklər. Tətbiq hal-hazırda yalnız ABŞ-da məhdud bir istifadəçi kütləsinin təcrübəsinə təqdim edilib."Satın Al" tətbiqinin çox yaxın zamanda bütün istifadəçilərə təqdim ediləcəyi təxmin edilir.