Xeyli müddətdir haqqında çox danışılan “iPhone 6” nəhayət təqdim edildi. “Apple” təşkil etdiyi təqdimatda yeni nəsil “iPhone”ların hansı xüsusiyyətlərə malik olduğuna aydınlıq gətirdi. Təqdimatda daha bir sürprizə imza atan şirkət, istehsal etdiyi ağıllı saat modeli haqqında da məlumat verib. 


 


Məlumata görə, şirkətin ilk ağıllı saatı “Apple Watch” adlandırılıb (iWatch deyil).  “Apple Watch”, istifadəçilərinə mesaj aldıqları zaman xəbərdarlıq göndərən bir sistemə sahib olacaq.


 


Ağıllı saatda “Apple”ın fərdi assistenti “Siri”də istifadəçilərə xidmət edəcək. 6 müxtəlif qayışa və iki ekran ölçüsünə malik olan “Apple Watch”un malik olduğu kiçik LED-lər ürək ritminizi oxuya bilir. 2015-ci ildə bazara çıxardılacaq “Apple Watch”, 349 dollara satılacaq. “Apple Watch”, “iPhone” 5, 5C, 5S, 6, və 6 Plus ilə birlikdə istifadə edilə bilinəcək.