"Apple"ın yaxın zaman ərzində təqdim etdiyi yeni məhsullardan sonra ağıllı telefon bazarındakı ən əhəmiyyətli rəqibi olan "Samsung"un cavabı gecikmədi. Canlı yayımda yaşanan çətinliklər və "Apple"ın yeni addım atdığı böyük ekrana tənqidlər edən Samsung, "YouTube"da 6 yeni video çarx yayımladı.
Samsung iki şəxsin öz aralarında danışıqlarını "NoteTheDifference" etiketiylə paylaşıb. "Apple"ın canlı yayımda yaşadığı problemi tənqid edən reklam çarxı bir gün içərisində 100 mindən çox izlənilmişdir. Samsung videoda texnologiya şirkəti olduğunu iddia edən “Apple”ın canlı yayımda problem yaşanmasını tənqid edib.