Apple "iPhone 6"  "iPhone 6 Plus"un təqdimatından dərhal sonra cihazların iki reklam çarxını paylaşdı. Şirkət reklam çarxlarının hər ikisində "iPhone 6" və "iPhone 6 Plus"u birlikdə tanıtdı.


 


Apple reklam filmlərində izləyicilərin əsas diqqətini cihazın xüsusiyyətlərinə çəkmişdir. “Apple”ın ilk reklam filmi "iPhone 6" və "iPhone 6 Plus"un "iOS 8"lə birlikdə gələn yeni interfeysini tanıdır.


 


Apple, "iPhone 6" və "iPhone 6 Plus"un ikinci reklam filmində isə mərkəz nöqtəsini "Health" üzərinə qurub. Reklam filmində müəyyən şəxslər nə qədər qaçdığı və nə qədər nərdivan çıxdığı mövzusunda bir-biriylə yarışdıqlarını danışarkən aldıqları kalorini də paylaşırlar.