“Lumia 830” və “Lumia 730” smartfonları “Nokia”nın sonuncu məhsulu ola bilər. Belə bir nəticəyə “Microsoft”un gizli sənədlərinin “Geek On Gadgets” nəşriyyat evinin jurnalistlərinin əlinə keçməsi ilə gəlmək olar.
“Geek On Gadgets” nəşriyyat evinin jurnalistləri gizli sənədləri ələ keçirərək belə bir məlumat verib. Eyni zamanda “Lumia” silsiləsi öz mövcudluğunu itirməyərək “Microsoft” brendi adı altında təqdim olunacaqdır. Şirkət həmçinin “ Windows Phone” adını “Windows” adı ilə əvəz etməyi düşünür.