Hal-hazırda Fransada keçirilən “Evian Championship” qolf üzrə qadın çempionatının sponsoru olan su brendi evian “Twitter”də orijinal təqdimat kampaniyası başlatdı.
Bu həftə ərzində azarkeşlər oyun zamanı itən qolf toplarının yerini müəyyən edib və Google xəritəsində topların yerləşmə məkanını təxmin edərək tweetlər göndərə bilər.
Bunun üçün #TweetTheBall hashtagından istifadə olunmalıdır. Oyun "Dəniz döyüşü" üslubunda qurulmuşdur. Topun yerini düzgün təxmin edən hər bir kəs mükafat qazanır. Layihəni “Nedd” təşkilatı hazırlamışdır.
