Apple həmişə ağıllı saatı “Watch”u sol ələ taxılmış göstərir, bu da sağ əl ilə çalışanlar üçün daha rahatdır. Bəs sol əl ilə çalışanlar nə etsin? Apple onlar üçün də xüsusi rejim hazırlayıb.
Ağıllı saatın ekran interfeysini özəlləşdirmək və daha sonra saatı sağ ələ taxıb, sol əl ilə idarə etmək mümkündür. Lakin, bu rejim Apple Watchun dizaynına təsir etmir. Daha doğrusu, yan tərəfdə yerləşən balaca təkərə. O, öz yerində qalır.