“Motorola Mobility LLC” şirkəti və “Droga5” təşkilatı yeni reklam çarxı təqdim etdi. Reklam çarxı şirkətin sonuncu məhsulu olan qulaqcıq dəsti “Motorola Hint” üçün çəkilmişdir. Yeni simsiz qulaqcıq “Ok, Moto” səs əmrinə cavab verir.


 


Həmçinin telefon zəngləri etmək üçün imkan verir, səs axtarışını həyata keçirir, mesajları dinləyə bilir və ya telefonla əlaqədə olmadan vəzifə siyahısına tapşırıqlar əlavə edir. Reklam çarxının qəhrəmanı eyni zamanda bir çox iş görərək yeni aksesuarın bacarığını nümayiş etdirir.