Melburun Universitetinin alimləri günəş şüalarından əldə edilən elektrik enerjisi ilə mobil telefon, kompyuter və planşetləri işlətmək üçün istifadə edilə biləcəyini açıqlayıb. Alimlər “fotovoltaik”lər (işığı enerjiyə çevirən texnologiya) üzərinə apardıqları 7 illik araşdırma nəticəsində yeni kəşfi ediblər.
Layihənin iştirakçılarından Dr. Fiona Scholesin Avstraliyanın dövlət xəbər kanalı "ABC News"a verdiyi açıqlamasında deyib ki, günəş enerjisi ilə çalışan günəş batareyalarının daşına bilən cihazlara inteqrə edilməsi nəticəsində cihazların elektrik enerjisinə olan ehtiyacı qarşılana bilinəcək.